DGK toxumluq kartofun ölkəyə buraxılmaması ilə bağlı məlumatlara aydınlıq gətirib


Digərləri 28 Okt 2019 19:51:00 221 0

DGK toxumluq kartofun ölkəyə buraxılmaması ilə bağlı məlumatlara aydınlıq gətirib

Mart, aprel, may, sentyabr, oktyabr və noyabr aylarında ölkəyə toxumluq kartofun idxalı gömrük rüsumlarından azad olunmaqla həyata keçirilir.

Bakı. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə toxumluq kartofun gömrük orqanları tərəfindən ölkəyə buraxılmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, qüvvədə olan qanunvericiliyə əsasən mart, aprel, may, sentyabr, oktyabr və noyabr aylarında ölkəyə toxumluq kartofun idxalı gömrük rüsumlarından azad olunmaqla həyata keçirilir. Bu güzəştlərdən istifadə etməklə gömrük ödənişlərindən yayınmaq istəyən bəzi işbazlar toxumluq adı altında digər kartof məhsulunun idxalına cəhd göstərirlər. Gömrük orqanları da bu kimi halların qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir. Toxumluq kartofun ölkəyə buraxılmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar da məhz həmin işbazlar tərəfindən məqsədli şəkildə yayımlanır.