Yol qaydalarını pozan sürücü saxlanıldı - Maşından oğurluq inəklər çıxdı


Digərləri 28 Okt 2019 21:24:04 231 0

Yol qaydalarını pozan sürücü saxlanıldı - Maşından oğurluq inəklər çıxdı

Sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib.

Bakı. Samir Əli - Oktyabrın 27-də saat 7 radələrində Yevlax-Ağdam yolunun 17-ci km-də Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib. Araşdırmalar zamanı E.Səlimovun inəkləri həmin gün Qobustan rayon sakini Ə.Rizvana məxsus fermadan oğurlaması da müəyyən edilib. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin