Dünyanın əsəblə gözlədiyi proses təxirə düşdü


Dünya 28 Okt 2019 21:09:00 250 0

Dünyanın əsəblə gözlədiyi proses təxirə düşdü

Avropa İttifaqı Böyük Britaniyanın təşkilatın üzvlüyündən çıxmaq məsələsini 2020-ci il yanvarın 31-dək təxirə salıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Avropa Şurasının prezidenti Donald Tusk qeyd edib.

"Avropa İttifaqına üzv 27 ölkə "Brexit"in 31 yanvar 2020-ci ilə qədər uzadılmasına dair Böyük Britaniyanın sorğusunu qəbul edib. Qərarın yazılı şəkildə rəsmiləşəcəyi gözlənilir", - deyə Tusk yazıb.

Qeyd edək ki, 2016-cı il iyunun 23-ü baş tutan və bir sualdan ibarət (Böyük Britaniya Avropa İttifaqında qalsın, yoxsa çıxsın) referendum nəticəsində Böyük Britaniya vətəndaşları qurumdan çıxmağa qərar verib.