Arvadını iki azyaşlı uşağının gözü önündə öldürən şəxsdən


Kriminal 28 Okt 2019 20:14:00 321 0

Arvadını iki azyaşlı uşağının gözü önündə öldürən şəxsdən

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 42 yaşlı Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda qeyd edilib ki, Vüsal Məmmədov dəfələrlə arvadını döyüb. Ərinin hərəkətlərindən bezən Fəridə Məmmədova bununla bağlı polisə müraciət edib. Qadının müraciət əsasında Vüsal Məmmədov barəsində cinayət işi açılıb.

Bundan sonra Vüsal Məmmədov arvadından qisas almaq üçün onu izləyib. Fəridə Məmmədova şikayəti ilə bağlı məhkəməyə dəvət edilən gün əri tərəfindən qətlə yetirilib.

Belə ki, Vüsal Məmmədov arvadının evə qayıtmasını gözləyib. Binanın həyətində qadına yaxınlaşaraq bıçaqla ona çoxsaylı zərbələr endirib. Qadının yalvarışlarına da baxmayaraq onu xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirib.

Təqsirləndirilən Vüsal Məmmədov ona elan olunan ittihamla özünü təqsirli bilib. O, arvadını azyaşlı övladının gözü qarşısında qətlə yetirmədiyini deyib. İfadəsində hadisədən bir neçə ay əvvəl qonşusu ilə dalaşdığını, polisə aparılarkən marixuana istifadəçisi olduğu aşkarlanıb və buna görə həbs edilib.

Həyat yoldaşını namus üstündə qətlə yetirdiyini deyən Vüsal Məmmədov həbsdən əvvəl iki təsbehi olduğunu, azadlığa çıxandan sonra təsbehləri evdə tapmadığını bildirib: "Fəridədən soruşdum, dedi ki, bilmir. Bir neçə gün sonra Rəşad adlı tanışım var, onunla birlikdə maşında marixuana çəkirdik. Əlimi atıb maşından salfetka götürəndə təsbehimi orada gördüm. Rəşad mənə dedi ki, təsbehi ona dostu verib. Evə qayıdıb bu məsələni Fəridədən soruşdum. Dedi ki, belə bir şey yoxdur. Sonradan Fəridə məndən polisə şikayət elədi. Məni yenə narkotikə görə tutdular. İki ay içəridə yatandan sonra evə qayıtdım".

V.Məmmədov həbsxanadan qayıtdıqdan sonra arvadını öldürmək qərarına gəlib. Amma uşaqların böyüməsini gözləyib: "Orada yazılıb ki, guya onu pəncərədən atmışam. Mən atsaydım, özüm onu öldürərdim. O məndən qaçmaq istəyəndə özünü pəncərədən atdı. Qolları qırıldı və xəstəxanaya apardılar. Xəstəxanada həkim dedi ki, Fəridə narkotik istifadə edib. Bu iş elə belə də qaldı. Fəridəni öldürmək istəyirdim. Amma uşaqlara görə qalmışdım. Mən Rəşadla da danışdım. Onunla dəniz qırağına gedəndə səhv elədiyini boynuna aldı. Onu da öldürə bilərdim. Amma fikirləşdim ki, Rəşadı öldürsəm, bu sağ qalacaq.

Fəridə məndən şikayət etdiyinə görə barəmdə cinayət işi açılmışdı. Biz birlikdə məhkəməyə gedirdik. Bir gün evdən çıxanda öz telefonumu diktafona qoyub getdim. Evə qayıdandan sonra səsə qulaq asdım. Eşitdim ki, evə adam çağırıb. Neçə dəfə onu öldürmək istəmişəm. Amma hər dəfə alınmayıb. Fikirləşdim ki, məhkəmə günü onu öldürə blərəm. Mən məhkəməyə getsəydim məni tutacaqdılar. Məni tutacaqdılar ki, bunlar kef eləsin".

V.Məmmədov deyir ki, məhkəmədən çıxanda adam çox olub, Fəridəni öldürə bilməyib. Binanın qarşısında oğullarına deyib ki, qalxsınlar evə, anaları ilə söhbəti var: "Uşaqlar evə qalxandan sonra Fəridədən niyə belə etdiyini soruşdum. Mənə deyirlər ki, narkomandır, adam öldürüb. Mən narkoman deyiləm, nəşəxoram. 20 ildir çəkirəm. Niyə uşaqlarımın anasını 15 ildə öldürmədim, amma son 1 ildə öldürmək qərarına gəldim? Öldürmüşəm, peşman da deyiləm. Vicdanım təmizdir. İndi uşaqlar gəlib məndən şikayət edir. Onların etməli olduğu işi mən eləmişəm. Amma gəlib məndən şikayətçidirlər. Fəridənin başını kəsəcəkdim, amma bıçağı boğazına soxdum.

Prosesdə mərhumun anası Günay Novruzova da dindirilib.