Azərbaycana gələn avtobusda 17 milyon aşkarlandı


Digərləri 28 Okt 2019 19:59:00 323 0

Azərbaycana gələn avtobusda 17 milyon aşkarlandı

Dağıstan sərhədçilərə Azərbaycana gələn avtobusdan qeydiyyata alınmamış külli miqdarda pul aşkarlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı respublikanın güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb. 

"Pullar Yaraq-Qazmalar sərhəd keçid məntəqəsindəki avtobusda aşkarlanıb. Ümumilikdə 17 milyon rubl (452 min AZN - red.) avtobusun müxtəlif yerlərində gizlədilib", - məlumatda qeyd edilib. 

Bildirilib ki, pullar müsadirə edilib, avtobus cərimə meydançasına aparılıb, sürücü isə həbs edilib.