Bəyə toyunda medal təqdim edildi


Digərləri 28 Okt 2019 19:44:00 233 0

Bəyə toyunda medal təqdim edildi

Toy mərasimində bəyə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim edilib. 

Son.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə dünən Ağstafa rayonunun Qırılı kəndində baş verib. 

Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovun toyunda yaddaqalan hadisə bəyə üçüncü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalının verilməsi olub. 

Medal Nazirlik nümayəndələri tərəfindən A. Bəhrəmova təqdim olunub.

(adsgarden = window.adsgarden || []).push({});