Kəşmirdə dayanacağa qumbara atdılar


Dünya 28 Okt 2019 19:04:00 298 0

Kəşmirdə dayanacağa qumbara atdılar

Cammu və Kəşmir ərazisində baş vermiş partlayış nəticəsində azı 6 dinc sakin xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxslər Sopor şəhərində avtobus dayanacağında duran sakinlərə tərəf qumbara atıb.

Hadisə ilə bağlı araşdırma başlayıb, hücumla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.

Qeyd olunur ki, partlayış Avropa İttifaqı rəsmilərinin Cammu və Kəşmirə səfəri ərəfəsində törədilib.