Meyxanaçı Vüqarın 125 min manata aldığı obyekt başqa 3 nəfərə də satılıb


Şou-biznes 28 Okt 2019 18:19:00 340 0

Meyxanaçı Vüqarın 125 min manata aldığı obyekt başqa 3 nəfərə də satılıb

Meyxanaçı Vüqar Əbdülova qarşı dələduzluq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bir neçə müddət öncə 125 min manata aldığı iaşə obyekti başqa üç nəfərə də satılıb.

Bu barədə "Ən yaxşısı" verilişində deyilib. Aktyor Elcan Rəsulov deyib ki, Vüqar satın aldığı məkana gələn zaman orada böyük marketlər şəbəkəsindən birinin mağazasının olduğunu görüb:

"Oranı işlədənlərə yaxınlaşıb. Söyləyiblər ki, obyekt kirayə götürülüb, sahibi başqa adamdır. Beləliklə, məlum olub ki, Vüqar həmin məkanı alan üçüncü adamdır".