Keçmiş arvadını küçədə qətlə yetirən şəxslə bağlı qərar verildi


Digərləri 28 Okt 2019 17:14:00 345 0

Keçmiş arvadını küçədə qətlə yetirən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xosrov Məmmədovun apellyasiya şikayətinin verilmə müddətinin bərpası ilə bağlı şikayətinə baxılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, apellyasiya şikayətindən imtina edilib, apellyasiya baxışına xitam verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı X.Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Ə.Məmmədovanı bıçaqlayıb. Qadın hadisə yerindəcə ölüb.