Bakıda 46 yaşlı kişi küçədə ölümcül bıçaqlandı


Digərləri 28 Okt 2019 17:25:00 267 0

Bakıda 46 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

Bakı sakini küçədə bıçaqlanıb.

Bakı. Samir Əli - Bakı sakini küçədə bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanının qarşısında naməlum şəxs Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğluna döş qəfəsinin sol tərəfindən, sol çiyinindən, sağ və sol əl nayihələrindən çoxsaylı bıçaq zərbələri endirib. Yaralı küçədə ağır vəziyyətdə aşkar edilərək 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilsə də, komatoz vəziyyətdə olduğundan dindirilməsi mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin