Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?


Digərləri 28 Okt 2019 16:15:00 254 0

Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyalar məlum olub.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyalar məlum olub. Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında bildirilib ki, indiyə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 7 siyasi partiya müraciət edib. Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyasıdır. MSK-nın iclasında həmin partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiq edilib. Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin