“O səs”də müzakirə edilən Sevdaya


Şou-biznes 28 Okt 2019 16:19:00 307 0

“O səs”də müzakirə edilən Sevdaya

"O Səs Türkiyə"nin şənbə buraxılışında münsiflər Murad Boz, Seda Sayan  və iştirakçı Ayşenur Gülün Əməkdar artist Sevda Ələkbərzadəni müzakirə etməsi sənətçiyə qarşı maraq oyadıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Bozun Ələkbərzadənin "Ala göz" və "Elə demə"  adlı mahnılarını tərifləməsindən sonra sözügedən əsərlərə "Youtube"da baxış sayı sürətlə artıb. Belə ki, "Ala göz" bir neçə ay bundan əvvəl 5 minə yaxın dinlənildiyi halda, hazırkı göstərici təxminən 75 mindir.

"Elə demə" etnik cazz koveri isə iki günə 200 mindən çox baxış toplayıb. Bu diqqət əsərlərə yazılan şərhlərdə də özünü göstərib. Rəy yazanların böyük əksəriyyəti Türkiyə vətəndaşlarıdır.

Əməkdar artist Sevda Ələkbərzadə "Qafqazinfo"ya açıqlama verərək "O səs" də müzakirə olunmasına münasibət bildirib. Məşhur müğənni yeni nəsil üçün məktəb olduğunu qeyd edib: