Arsenal kapitanı dəyişir?


İdman 28 Okt 2019 16:20:00 418 0

Arsenal kapitanı dəyişir?

Arsenal İngiltərə Premyer Liqasının X turunda öz meydanında Crystal Palace-la qollu heç-heçə edib – 2:2. 

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada yerli azarkeşlər Arsenal-ın yarımmüdafiəçisi və kapitanı Qranit Cakanın əvəzlənməsini sevinclə qarşılayıb.

Oyunun 61-ci dəqiqəsində əvəzlənən London təmsilçisinin kapitanı azarkeşlərə cavab olaraq, “sizi eşitmirəm” işarəsi edib. Caka bundan sonra birbaşa paltardəyişmə otağına yollanıb.

Arsenal-ın baş məşqçisi Unay Emeri futbolçunun azarkeşlərə qarşı reaksiyasına belə münasibət bildirib: “Caka səhv etdi. İndi sakit qalıb, onunla danışmalıyıq. Biz azarkeşlərimiz üçün burdayıq. Alqış və təhqirlərə hörmətlə yanaşmalıyıq. Cakanın kapitanlıq sarğısını daşıyıb-daşımayacağı hələ bilinmir. Onunla və klubla danışmaq istəyirəm. Cakanın etdiyi düzgün deyildi”.

Qranit Caka bir müddət əvvəl Arsenal-da yeni kapitan təyin edilmişdi.