İlk dəfə iki azərbaycanlı model Top5ə daxil oldular


Digərləri 28 Okt 2019 16:01:00 328 0

İlk dəfə iki azərbaycanlı model Top5ə daxil oldular

Dünyanın 35 ölkəsinin iştirak etdiyi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss & Mister Planet of the World 2019" beynəlxalq gözəllik yarışmasında azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalizadə Top 5-ə daxil olublar.

Son.az xəbər verir ki, yarışmanın tarixində bu hal ilk dəfə olaraq baş verib.

Sirac Bəyalizadə "Vitse Mister Planet 2019" adına layiq görülüb, Nigar Həsənzadə isə dünya 3-cüsü olub.

"Bu, bizim ölkəmiz üçün çox böyük uğurdur. Bizim modellər beynəlxalq layihələrdə öz mövqelərini gücləndirirlər və bu davamlı olacaq", - layihənin direktoru Pərviz Əzimzadə bildirmişdi.

Oğlanlar arası qalib, Mərkəzi Afrikalı - Aubrey Pieters

Qızlar arası isə Rumıniya təmsilçisi - Denisa Hodisan olmuşdular.

Azərbaycan heyəti:

(adsgarden = window.adsgarden || []).push({});