Atası qəzada ölən qız 4 il mesaj yazdı, cavab gələndə özünü itirdi


Digərləri 28 Okt 2019 15:52:00 333 0

Atası qəzada ölən qız 4 il mesaj yazdı, cavab gələndə özünü itirdi

Atası öldüyü gündən etibarən 4 il olmaqla hər gün ona mesaj göndərən qız cavab gələndə özünü itirib.

Son.az haberler-ə istinadla xəbər verir ki, ABŞ-ın Arkanzas ştatında yaşayan 23 yaşlı Chastity Patterson atasını qəzada itirdikdən sonra 4 il boyunca hər gün nömrəsinə mesaj göndərib.

O, 4 il sonra mesajına cavab gəldiyini gördükdə əvvəlcə təəccüblənib, sonra isə kövrəlib. Belə ki, atasının nömrəsini alan şəxs uzun müddət sonra qıza cavab yazmaq cəsarətini toplayıb.

"Salam, qızım. Mən sənin atan deyiləm, amma 4 ildir ki, sənin nömrəndən mənə mesaj gəlir. Hər mesaj gələndə bunu tanrının işarəsi kimi qəbul etdim. Mən 2014-cü ilin avqust ayında qızımı avtomobil qəzasında itirmişəm. Sən çox yaxşı qızsan, çox vəfalısan. Əminəm ki, qızım da yaşasaydı, sənin kimi biri olacaqdı. Çətin günlər keçirdiyini bilirəm. Hamısı düzələcək. Səninlə qürur duyuram".

(adsgarden = window.adsgarden || []).push({});