Bakıda hazırlıq kursundan çıxan 17 yaşlı qız itkin düşdü


Digərləri 28 Okt 2019 15:48:00 256 0

Bakıda hazırlıq kursundan çıxan 17 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

Bakı. Samir Əli - Bakıda yeniyetmə qız itkin düşüb. Trend-in məlumatına görə. hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayonu, 11-ci Xrebtovu küçəsi ev 161-də yaşayan, 2002-ci il təvəllüdlü Həsənova Leyla Sirac qızı oktyabrın 26-da Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanındakı "Edu" Təhsil Mərkəzindən evə getmək adı ilə çıxıb və itkin düşüb. (adsgarden = window.adsgarden || []).push({}); Fakla bağlı araşdırmalar aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin