Əsəd ordusu Türkiyə sərhədlərində


Dünya 28 Okt 2019 14:35:00 297 0

Əsəd ordusu Türkiyə sərhədlərində

Suriya ordusu Türkiyə sərhədlərinə yaxın bölgələrdə yerləşdirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Bəşər Əsəd rejiminə bağlı hərbi qüvvələr Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının çıxdığı Rəsulayn bölgəsinin şimal-şərqinə dislokasiya edilib.

Bundan əvvəl SDQ Türkiyə ilə sərhəd bölgələrindən çıxdığını yerini, Suriya hərbi sərhəd qüvvələrini verdiyini açıqlamışdı.