Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi FOTO


Digərləri 28 Okt 2019 14:08:00 320 0

Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi  FOTO

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin bir müddət əvvəl imzaladığı əmrlə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Canpolad Daanov tutduğu vəzifəsindən azad edilərək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

C.Daanov daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) İstintaq Şöbəsinin rəisi olub.

Fotoda: Canpolad Daanov