Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib FOTO


Siyasət 28 Okt 2019 13:39:00 304 0

Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.