ƏlBağdadini o ələ verib


Dünya 28 Okt 2019 13:45:00 327 0

ƏlBağdadini o ələ verib

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinin yeni təfərrüatı məlum olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bağdadinin onun köməkçilərindən biri ələ verib. 

İsmael əl-Etavi 2008-ci ildə amerikalılar tərəfindən  tutulub və dörd il həbsxanada yatıb. 

Əl-Bağdadinin dəqiq yerinin məlum edilməsi ABŞ, Türkiyə və İraq kəşfiyyatçılarının birgə əməliyyatı zamanı üzə çıxıb. Onlar bir neçə terrorçunu saxlayaraq, Suriyada əl-Bağdadinin yerini müəyyən ediblər.

Daha sonra məlum olub ki, İŞİD rəhbəri İdlibin rayonlarından birində ailəsi ilə birlikdə gizlənir. İdlibdəki bazarlardan birində İraq xüsusi xidmət orqanları İsmael əl-Etavini izləyiblər. 

Əl-Etavi dronlar və peyk vasitəsilə izlənib və Türkiyə kəşfiyyatçıları tərəfindən tutularaq İraq tərəfinə verilib. Bundan sonra o, İŞİD rəhbərinin yerini açıqlayıb. 

Əl-Bağdadinin öldürülməsini dünən ABŞ Prezidenti Donald Tramp təsdiqləyib.