Fədayə Laçın sabah azadlığa çıxır


Şou-biznes 28 Okt 2019 13:49:00 286 0

Fədayə Laçın sabah azadlığa çıxır

Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçının bu günə azadlığa çıxacağı bildirilmişdi.

Lakin onun həbsdən sabah çıxacağı məlum olub. Son.az xəbər verir ki, bu barədə axşam.az-a ifaçının bacısı İlahə Fəda məlumat verib.

Onun sözlərinə görə, müğənni oktyabrın 29-da səhər saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılacaq.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.