Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)


Digərləri 28 Okt 2019 13:36:00 241 0

Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib. Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin