Gəncədə ilk velosiped yürüşü sakinlərin kütləvi iştirakı ilə yadda qaldı FOTO


Digərləri 28 Okt 2019 12:50:00 309 0

Gəncədə ilk velosiped yürüşü sakinlərin kütləvi iştirakı ilə yadda qaldı  FOTO

Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçirilib. "Regional İnkişaf" İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri" layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib.

Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.

Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrdən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.