AQTA-dan daha bir yenilik


Digərləri 28 Okt 2019 13:04:00 300 0

AQTA-dan daha bir yenilik

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni layihəyə start verib.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni layihəyə start verib. AQTA-dan Trend-ə verilən məlumata görə, hər ay Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün “Açıq qapı” günləri keçiriləcək. Məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının İnstitutun laboratoriyalarına nümunə qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir. Bununla bağlı Agentliyin rəsmi sosial şəbəkə səhifələrindən vətəndaşlara müraciət olunub. Müraciətdə istehlak etdikləri qida məhsullarının necə yoxlanıldığını bilmək istəyən istehlakçılar “Açıq qapı” günündə iştiraka dəvət edilir.