Bakıda dava - 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı


Digərləri 28 Okt 2019 12:51:19 312 0

Bakıda dava - 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı

Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb.

Bakı. Samir Əli - Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb. Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib. (adsgarden = window.adsgarden || []).push({}); Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin