"Siz xalqın puluna qazandığınız..."


Şou-biznes 28 Okt 2019 12:14:00 277 0

"Siz xalqın puluna qazandığınız..."

Əməkdar artist Yusif Mustafayev aparıcı Zaur Kamalın ünvanına işlətdiyi tənqidi fikirlərə Tarix Əliyev (Tolik) reaksiya verib.

Son.az xəbər verir ki, Tolik "Hər şey daxil"də həmkarının müdafiəsinə qalxıb. 

O, Yusif Mustafayevi "iki oyun"da təqsirləndirib:

"Əməkdar artist Yusif Mustafayev reytinq verməyən hansısa kanalın efirində çıxıb deyir ki, "Zaur atasının evini çəksin". Zaur atasının evini göstərib, Yusif müəllim. Mən də atamın evini göstərmişəm. Siz xalqın puluna qazandığınız evi göstərməyə utanırsınızsa, burada heç bir problem yoxdur. Amma Zauru bəyənmirsinizsə Zaurun efirinə daha gəlməyin. Bizi bəyənməyən, bizim intellektual səviyyəmizə, dünya görüşümüzə şübhəsi olan desin ki, Zaur, Tolik, Xoşqədəm bizi efirə çağırmasın. Onda bir az asudəlik olar, sənətkarlara vaxt verərik".