Sumqayıt Premyer Liqada 250-ci qolunu vurdu


İdman 28 Okt 2019 12:00:00 401 0

Sumqayıt Premyer Liqada 250-ci qolunu vurdu

“Sumqayıt” Premyer Liqada 250-ci qolunu vurub. 

Goal.az xəbər verir ki, bu, mövsümün IX turunun “Neftçi” ilə ev oyununa təsadüf edib.

“Kapital Bank Arena”da 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki topa Rəhim Sadıxov imza atıb.

Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdi. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.

1-ci qol

2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” – 2:1

Eşqin Quliyev, 85

50-ci qol

2012/13 mövsümü. 11.03.2013. “Sumqayıt” – “Turan” – 4:0

Pərdis Fərcad Azad, 19

100-cü qol

2014/15 mövsümü. 14.12.2014. “Neftçi” – “Sumqayıt” – 3:2

Orxan Əliyev, 63

150-ci qol

2015/16 mövsümü. 11.05.2016. “Sumqayıt” – “Rəvan” – 3:1

Pərdis Fərcad-Azad, 71

200-cü qol

2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” – “Sumqayıt” – 0:3

Cavid İmamverdiyev, 68

250-ci qol

2019/20 mövsümü. 27.10.2019. “Sumqayıt” – “Neftçi” – 2:4

Rəhim Sadıxov, 90+3

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən azı 250 qol vuran 15-ci komandadı.