İlin sonuna kimi 4 avtomobilin istehsalı dayandırılacaq


Dünya 28 Okt 2019 11:37:00 259 0

İlin sonuna kimi 4 avtomobilin istehsalı dayandırılacaq

İran bu ilin sonuna kimi və gələn ilin əvvəllərində 4 avtomobilin istehsalını dayandıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.

R.Rəhmaninin sözlərinə görə, benzinlə işləyən "Peugeot 405 GLX" avtomobilin istehsalı ilin sonuna kimi dayandırılacaq.

Nazir əlavə edib ki, "Pride" markalı avtomobilin istehsalı da dayandırılacaq.

2-ci növ "Pride" markalı avtomobilin istehsalı isə gələn il dayandırılacaq.

İranlı nazir bu qərarın keyfiyyətin yüksəldilməsi və vətəndaşların razılığını artırmaq məqsədilə verildiyini deyib.