Bel ağrıları zamanı yardım (FOTO)


Digərləri 28 Okt 2019 11:27:00 298 0

Bel ağrıları zamanı yardım (FOTO)

Bel ağrısı müxtəlif peşələrdə çalışan insanlarda, hər yaş qrupunda rast gəlinən geniş yayılmış tibbi-sosial problemdir.

Bakı. Bel ağrısı müxtəlif peşələrdə çalışan insanlarda, hər yaş qrupunda rast gəlinən geniş yayılmış tibbi-sosial problemdir. Bel ağrısı demək olar ki, hər iki adamdan birini narahat edir. Bel ağrısı anidən yarana bilən xoşagəlməz bir hissdir. Bel nahiyəsindəki ağrı müxtəlif səbəbdən yarana bilər. Ancaq unutmayaq ki, hər hansısa bir ağrının olması bu bir simptomdur. Bel nahiyəsindəki ağrının yayılma tezliyi - 40-80%-dir və bu rəqəm hər il demək olar ki, 5% artır. Beldə ağrının olması əzələ və onurğa sütununda problemin yaranmasına dəlil ola bilər. Travma və ya zədə bel nahiyəsində yaranan ağrının ən sadə səbəblərindəndir. Bu kimi hallar idman və ya məşq zamanı yaşanan xəsarətin nəticəsi ola bilər. Bəzən isə bel nahiyəsində və ya qarnın aşağı hissəsində ağrılar hərəkət zamanı olur. Bel ağrısının ən çox görülən səbəbli osteoxondroz və onun təzahürləridir. Bel ağrılarının səbəbləri. Vaxt keçdikcə bədənin siqnallarını daim nəzərə almamaq, bədənin arxa hissəsinin əzələ sisteminin zəifləməsinə, əzələ-sümük sistemində mənfi dəyişikliklərə səbəb olur. Bel ağrısının ən çox görülən səbəbləri bunlardır: əzələ spazmları, xəsarətlər, gərilmə, narahat vəziyyətdə uzun müddət qalmaq (sürücülər, ofis işçiləri), stres, osteoxondroz, sinir zədələnmələri, daxili orqanların xəstəlikləri fonunda yayılan ağrı. Ağrının böyük əksəriyyəti (təxminən 95%) əzələlər, bağlar və oynaqlar ilə əlaqələndirilir. Radikulopatiya (radikulit) ilə əlaqəli isə 3-4% təşkil edir. Bel ağrısını necə aradan qaldırmaq olar? Bu sualın cavabını yalnız ciddi bir müayinə və diaqnozdan sonra mütəxəssis həkim tərəfindən verilə bilər və bunun üçün müraciət vaxtında olunmalıdır. Onurğa sütunundan çoxsaylı sinir kökləri keçir, travma, zədələr, fəqərələrarası disk yığrtığı sinir keçiriciliyini pozur və damarları sıxır ki, bu da ağrını yaradır. Belə hallarda müalicə həm dərman preparatları vasitəsilə, həm də müxtəlif fizioterapiya ilə aparıla bilər. Bir çox sayda xəstəliyin müalicəsi üçün ən təsirli və təhlükəsiz vasitələrdən biri persovıy plastrdır. Persovıy plastırın terapevtik təsiri istiləşmə, yayındırıcı, qıcıqlandırıcı və bədənin müəyyən hissələrinə əzələ rahatlayıcı təsir göstərməsi səbəbindən əldə edilir. Persovıy plastır dərinin reseptorlarının qıcıqlanmasına, ağrının yüngülləşməsinə, toxuma trofikasının yaxşılaşmasına kömək edir. Persovıy plastrın istifadə qaydası. Transdermal plastrı xarici təsirlərdən qorumaq üçün xüsusi bir örtücü kağız olur. Plastırı hansı nahiyəyə yapışdıralacağına qərar verildikdən sonra örtücü kağız çıxarılır. Plastırdan istifadə etməmişdən öncə yapışdırılacaq nahiyə tibbi spirt ilə təmizlənməlidir. Dəri quruduqdan sonra plastırın hər dörd tərəfi yapışdırılır. Plastır yapışdırılan nahiyədə istilik hissiyyatı yaranır. Bu təsir, dərman komponentlərinin epidermisin yuxarı qatlarına düşdüyünü və ağrı nöqtəsinə təsir etdiyini göstərir. Plastırın komponentləri qan dövranını sürətləndirərək ağrı hissinin azalmasına kömək edir. Əzələ gərginliyini azaldır. Plastır yapışdırılan nahiyədə qızartı, qaşınma və ya hər hansı bir allergik reaksiyanın əlaməti görünərsə, onu dərhal çıxartmaq lazımdır. Qıcıqlanan dərini sabunlu su ilə yumaq lazımdır, sonra yarasağaldıcı kremlərdən istifadə olunmalıdır. Yuxarıdakı əlamətlər olmadıqda, ağrı nahiyəsində persovıy plastrı 2 günə qədər saxlanmasına icazə verilir. Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir. (adsgarden = window.adsgarden || []).push({}); Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz. Sifariş üçün +99455 254 77 00 (Whatsapp) +99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin