Sumqayıtda Nizami Gəncəvinin heykəli dağıdılıb?


Digərləri 28 Okt 2019 10:59:00 290 0

Sumqayıtda Nizami Gəncəvinin heykəli dağıdılıb?

Sumqayıtda Nizami Gəncəvinin heykəlinin dağıdılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Son.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev qafqazinfo-ya bildirib ki, heykəl dağıdılmayıb, sadəcə, yeri dəyişdirilir:

"Hazırda şəhərdə Nizami kinoteartı tikilir. Kinoteatr şəhərin 70 illiyi ilə bağlı sakinlərin ixtiyarına veriləcək. Heykəl də bu məqsədlə götürülüb. Teatrın qarşısına qoyulacaq".