Azərbaycanın növbəti böyük uğuru


Digərləri 28 Okt 2019 09:57:00 230 0

Azərbaycanın növbəti böyük uğuru

Qoşulmama Hərəkatının Bakıda keçirilən növbəti XVIII Zirvə Görüşü öz işini başa çatdırmışdır.

Bakı. Qoşulmama Hərəkatının Bakıda keçirilən növbəti XVIII Zirvə Görüşü öz işini başa çatdırıb. Qoşulmama Hərəkatı özlərini formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Azərbaycan 2011-ci ildən bu Hərəkatın üzvüdür. Üzvlərinin sayına görə, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ən böyük nüfuzlu beynəlxalq təşkilatdır. Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrdə yaşayan əhalinin sayı bütün dünya əhalisinin 55 faizini təşkil edir. Dünya neft ehtiyatının 75%, təbii qaz ehtiyatlarının 55%-dən çoxu bu ölkələrin payına düşür. Hərəkatın növbəti XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və region üçün olduqca böyük əhəmiyyət kəsb edən siyasi bir hadisədir. Bu, ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən -günə artığınının göstəricisidir. Qoşulmama Hərəkatının Azərbaycan üçün əhəmiyyətini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmiz tərəfindən aparılan xarici siyasətin prinsipləri ilə uyğunluğudur. Qoşulmama Hərəkatı dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirərək, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını həmişə yüksək səviyydə dəstəkləyib. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları tərəfindən Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın bu təşkilata 3 il müddətinə sədr seçilməsi cənab Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş, müdrik və uzaqgörən siyasətinin uğuru və dünyada ona və Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədirliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”. Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi ölkəmizin qlobal proseslərdəki rolunu və əhəmiyyətini daha da artıracaq, iqtisadi inkişafımıza öz töhfəsini verəcək, qeyri- neft sektorunun daha da inkişaf etməsinə və ixrac potensialımızın artmasına geniş şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, uğurlu siyasət nəticəsində artıq Azərbaycan dünya siyasətinin və gündəminin müəyyənləşdiriməsində mühüm rol oynayan beynəlxalq platformaya çevrilmişdir. Bu, Azərbaycanın Beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan və əldə olunan böyük uğurlardan xəbər verir. Millət vəkili Rauf Əliyev Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin