Zərif: ABŞın Tehranla yeni ticarət qaydaları yalnız iqtisadi terrorizmi gücləndirir


Dünya 28 Okt 2019 08:52:00 296 0

Zərif: ABŞın Tehranla yeni ticarət qaydaları yalnız iqtisadi terrorizmi gücləndirir

ABŞ-ın İranla yeni məhsul ödəmə mexanizmi Vaşinqtonun Tehrana qarşı iqtisadi terrorizmini gücləndirir.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikri bazar günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib. "Onların iddialarının əksinə olaraq, ABŞ-ın yeni qaydaları adi iranlılara qarşı iqtisadi terrorizmi artıracaq" deyə o, öz Twitter səhifəsində yazıb. Nazirin sözlərinə görə, "ABŞ-ın maliyyə nazirliyi indi ərzaq ticarəti və dərman idxalına zərbə vurmağa çalışır".