Argentina prezidenti müxalifətin seçkilərdəki qələbəsini qəbul edir


Dünya 28 Okt 2019 08:59:00 204 0

Argentina prezidenti müxalifətin seçkilərdəki qələbəsini qəbul edir

Argentina prezidenti Maurisio Makri müxalifət namizədi Alberto Fernandezi prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi.

Son.az Trend-ə istinadən bildirir ki, Makri tərəfdarları qarşısında çıxış edərək bunları deyib: "Yeni seçilmiş prezident Alberto Fernandezi təbrik etmək istəyirəm. Ona indicə zəng eləmişdim". Macrinin sözlərinə görə, işlərin təhvil verilməsini müzakirə etmək üçün bazar ertəsi günü rəqibini iclasa dəvət edib.

Bazar günü Argentina vətəndaşları ən yüksək dövlət vəzifəsinə namizəd olanlardan birini seçməli oldular. Səsvermələrin 90.92%-nin səslərini saydıqdan sonra Milli seçki palatasının açıqladığı məlumatlara görə, seçicilərin 47,82%-i mərkəz sol koalisiyanı təmsil edən Fernandezə səs verib. Mərkəzi sağ qüvvələri təmsil edən Makri üçün 40,67% səs verilib.

Seçilən prezidentin mandatı dekabrın 10-da qüvvəyə minəcək.