Fransada yük maşının soyuducusunda səkkiz miqrant tapılıb


Dünya 28 Okt 2019 07:48:00 269 0

Fransada yük maşının soyuducusunda səkkiz miqrant tapılıb

Fransanın şimal-qərbində Kale limanının gömrükçüləri, yük maşının soyuducunda axtarış apararkən, dörd uşaq da daxil olmaqla, səkkiz migrant aşkar ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, hipotermiyadan əziyyət çəksələr də hamısı sağ qalmağı bacarıb. Xilasetmə xidməti migrantların hipotermiyadan yüngül şəkildə təsirləndiyini bildirdi. İlk tibbi yardım göstərilib. Soyuducuda temperatur mənfi yeddi dərəcə idi.

Qeyd edək ki, miqrantlar əfqan olduğunu iddia edirlər. Onların yerləşdikləri gizli bölmə yük maşınının arxasına yerləşdirilib. Yük maşınının sürücüləri iki Rumıniya vətəndaşıdır, ikisi də nəzarət altındadırlar.