İngiltərə şahzadəsi Çarlz bir ildə ikinci dəfə Hindistana səfər edəcək


Digərləri 28 Okt 2019 07:41:52 281 0

İngiltərə şahzadəsi Çarlz bir ildə ikinci dəfə Hindistana səfər edəcək

Britaniya taxt-tacının varisi Şahzadə Çarlz, gələn ay davamlı bazarlar, iqlim dəyişikliyi və sosial maliyyələşdirmə mövzusunda Hindistana rəsmi bir səfər edəcək

Bakı, Britaniya taxt-tacının varisi Şahzadə Çarlz, gələn ay davamlı bazarlar, iqlim dəyişikliyi və sosial maliyyələşdirmə mövzusunda Hindistana rəsmi bir səfər edəcək. Trend-in məlumatına görə, Çarlz noyabrın 13-də çərşənbə günü ikigünlük ziyarət üçün Nyu-Dehliyə gələcək. Bu Çarlzın Hindistana 10-cu rəsmi səfəri olacaq. Xarici İşlər Nazirliyinin tələbi ilə hökumətin prioritetləri əsasında edilən səfər barədə daha ətraflı məlumat vaxtında açıqlanacaq, deyə "Clarence House" ofisi əlavə edib. (adsgarden = window.adsgarden || []).push({}); İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra Hindistanla ticarət sövdələşməsini təmin etmək niyyətindədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin