Günün qoroskopu: təmkinli və səbrli davranmaq çətin olsa da, bunu edin


Digərləri 28 Okt 2019 00:01:00 292 0

Günün qoroskopu: təmkinli və səbrli davranmaq çətin olsa da, bunu edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Təbii zəka və anadangəlmə intellektual qabiliyyətlər bu gün işinizə yararlı olmayacaq. Rahatlıqla xatirələrə dala bilərsiniz. Maliyyə və işgüzar planlarınız barədə inandığınız, etibar etdiyiniz şəxslərdən savayı kimsəyə danışmayın. Gündəlik qayğılar və işlər öz məcrasında olacaq, sizə problemlər yaratmayacaq. Müəyyən adamların dəstəyi və ya rəğbəti sayəsində gərəkli əlaqələr yarada bilərsiniz. Gün ərzində emosiyalarınız xeyrinizə işləyəcək. Gərəkli adamlarla əlaqələri çox asanlıqla, onların sizdən nə istədiyini hissləriniz sayəsində anlayaraq quracaqsınız.

Buğa - Başqalarının problemlərinin həllinə bu gün xeyli vaxt sərf etməli olacaqsınız. Sizin üçün xüsusi əhəmiyyət kəsb etməyən məsələlər də səy və zəhmət istəyəcək.  Hər şeyə rəğmən, sakit olun, əsəbləşməyin. Problemləri tədricən çözməyə və həll etməyə çalışın. Böyük ümid bəslədiyiniz layihəni reallaşdırmağa başlayın.

Əkizlər - Bacarıq və imkanlarınızdan artıq işə başlamaq istəsəniz, uğursuzluğa düçar olacaqsınız.  Ağır problem varsa, onu həll etmək üçün dostlar və yaxınlarınızın yardımlarına ehtiyac yarana bilər. Dostlar arasında sizə istənilən an yardım edə biləcək insan var. Müqavilə və ya anlaşmanı imzalamazdan əvvəl sənədi diqqətlə oxuyun, mətnlə tanış olun və şərtləri təhlil edin. Həmin sahədə mütəxəssis olan insanın fikrini öyrənin.

Xərçəng - Yeniliklərə və dəyişikliklərə hazırsınızsa, gün sizin üçün uğurlu ola bilər. Uzaqdan yaxşı xəbərlər və ya təklif gələ bilər. İşdə əlavə tapşırıq istisna olunmur. Bu, sizin üçün sərfəli əlavə gəlir mənbəyi də ola bilər. Ətrafınızdakı insanlarla cüzi və ya kiçik məsələlərə görə münaqişə etməyin, çünki nəticələr çox pis ola bilər. Emosiyalarınıza nəzarət edin. İş yerini dəyişmək fikrinə düşə bilər, niyyətiniz barədə ailə üzvlərinizə açıqlama verə bilərsiniz.

Şir - Çalışmaq və fəaliyyət göstərmək üçün əla gündür. Gərgin durumlara rəğmən istənilən sahədə məhsuldar çalışaraq ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Münasibətlərinizdə emosional "partlayış"a və pafosa imkan verməyin.  Maliyyə məsələləri və maddi problemlərin həlli ilə ciddi məşğul olmaq istəyirsinizsə, kimsənin sizə mane olmasına şərait yaratmayın. Eqoizm, təşəxxüs və özünütərifə aludə olmayın.

Qız - Mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.  Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin. Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür. İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.

Tərəzi - Günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.  Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq. Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz. Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin. Sərt və aqressiv, davakar olmayın.

(adsgarden = window.adsgarden || []).push({});