Yeni nəsil Skoda Octavia modelinin sınaqları başa çatır FOTO


Digərləri 27 Okt 2019 23:58:00 335 0

Yeni nəsil Skoda Octavia modelinin sınaqları başa çatır  FOTO

Skoda Octavia modeli çex markasının ən çox satılan modelidir. Eyni zamanda, Octavia öz seqmentində dünyada ən populyar olan modellərdən biridir. Bu günlərdə Skoda şirkəti modelin dördüncü nəslini 11 noyabr tarixində Praqa nümayiş etdirəcəyini bildirib.

Son.az autograph.az-a istinadən bildirir ki, bir çoxları Octavia modelinin keçən ay keçirilmiş Frankfurt avtosalonunda debüt edəcəyini gözləsə də, çexlər modelin debütünü noyabr ayına çəkiblər. Məqsəd diqqətin digər yeniliklərdən yayınmaması olub. Adətən, modelin təqdimatı yaxınlaşdıqca, onun sınaqlarının intensivliyi də artır. Bu günlərdə yeni modelin demək olar ki kamuflyajdan azad olmuş versiyası Çexiya yollarında qeydə alınıb. Sınaqlar zamanı çəkilmiş şəkilləri Garaz.cz saytı dərc edib.

Şəkillərdən göründüyü kimi, yeni model cütlənmiş ön fənərlərdən məhrum olub. Üçüncü nəslin restayıinq versiyasında tətbiq edilmiş bu fənərlər marka həvəskarlarının narazılığına səbəb olmuşdu. Yeni Octavia modelinin ön hissəsinin dizaynının daha çox böyük Superb modelini xatırlatdığını söyləmək olar.

Bununla belə, modelin mühərrik çeşidində dəyişikliklərin olacağı gözlənilmir. Octavia əvvəlki kimi 1,0-1,5 litrlik benzin turbomühərrikləri, 1,6 və 2,0 litrlik dizellərlə təchiz ediləcəkdir. Çox güman ki, Skoda Octavia hybrid güc aqreqatına da sahib olacaqdır. Belə aqreqat artıq Superb modelinin mühərrik çeşidinə daxil edilib.

(adsgarden = window.adsgarden || []).push({});