Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı


Dünya 27 Okt 2019 23:46:00 250 0

Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı

NATO-nun baş katibi Yens Stoltenberg, Əbu Bəkr Əl-Bağdadiyə qarşı əməliyyatın terrorla mübarizədə vacib bir addım olduğunu, NATO-nun İŞİD ilə mübarizəni davam etdirəcəyini söyləyib.

Son.az Trend-ə istinadən bildirir ki, Yens Stoltenberg öz Twitter səhifəsində bunları paylaşıb: "ABŞ-ın Əbu Bəkr Əl-Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyata dair hesabatı beynəlxalq terrorizmə qarşı mübarizəmizdə vacib bir addımdır. NATO ümumi düşmənimiz olan İŞİD-ə qarşı mübarizədə sadiq qalır" deyə Stoltenberg bildirib.

Qeyd edək ki, bundan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat zamanı öldürülüb.