Sizə ən çox bənzəyən məşhuru tapmağa kömək edən platforma


Digərləri 27 Okt 2019 23:50:00 286 0

Sizə ən çox bənzəyən məşhuru tapmağa kömək edən platforma

Həm iOS, həm də Android platformaları üçün yüklənən bu proqram "Gradient - You Look Like" olaraq adlanıb və istehlakçılara elə özlərinə  bənzər məşhur insanları tapmağa kömək edir. İstehlakçılar bu axtarışları tətbiqetməyə yüklədikləri bir selfie vasitəsi ilə edirlər. Beləliklə, bu proqrama tək bir şəkil yükləmək, məşhur əkizlərinizi tapmağa imkan verir.

Son.az techland.az-a istinadən bildirir ki, Gradient adlı proqramı Google Play Store-dan və App Store-dan yükləmək olar. Ancaq tətbiqin yüklənməsi ilə yalnız məhdud bir müddət üçün istifadə edə biləcəyiniz pulsuz versiya mövcuddur. Bu pulsuz sınaq müddəti başa çatdıqdan sonra, tətbiqetmədən istifadə etmək üçün istifadəçilərdən müəyyən ödənişlər tələb olunur. Ancaq bu ödənişlər avtomatik olaraq alındığından istifadəçilər çox diqqətli olmalıdırlar.

Bu tətbiqin təhlükəsiz olub-olmaması uzun müddət müzakirə oluna bilər. Ancaq təcrübənin günahsız olduğunu söyləmək qeyri-mümkün görünür. Əlbəttə, tətbiqin istifadəçi razılığı şərtlərini hərtərəfli incələmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});