İman əqidə, əməl və əxlaqdan ibarətdir


Digərləri 27 Okt 2019 23:15:00 306 0

İman  əqidə, əməl və əxlaqdan ibarətdir

O kəslər ki, güman edirlər ki, həqiqi iman bəsit bir şeydir - onların təsəvvürləri batildir və dedikləri bürhansız və dəlilsizdir. (Erfan) Quran ayələrindən və hədislərdən belə başa düşmək olur ki, iman üç həqiqətdən ibarətdir:

1. O etiqad və inanc ki, kökləri vardır.

2. Əməli həqiqət.

3. Əxlaq həsənəsi.

Həqiqi mömin o kəsdir ki, qəlbi düzgün etiqad, yəqin və inancla çırpar. Bütün bədən üzvləri saleh əməllə yaşıllaşıb və batini əxlaq həsənəsi ilə bəzənibdir.

Quranın nəzərində iman: "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən - etiqad, əməl və əxlaqdan ibarətdir)". ("Bəqərə" 177).

Quranın nəzərinə görə həqiqi mömin o kəsdir ki, səcdədə, rükuda, yatanda, duranda daima Allahı yada salar və səma və yerin yaranmasına dair düşüncələri düzgündür. Buyurur ki, möminlərin Allahdan istəkləri budur ki, onları cəhənnəm atəşindən hifz etsin. Allaha deyərlər: "Hər kimi atəşə atarsan, onu xarlığa düçar edərsən. Sənin ayələrinə zülm edənlərə heç bir yardım olunmaz".

Həmçinin deyərlər: "Ey Rəbbimiz! Həqiqətən biz "Rəbbinizə iman gətirin!" deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!". ("Ali-İmran" 193).

Quran buyurur ki, həqiqi möminlər o kəslərdir ki, namazda təvazökardırlar, yersiz işlərdən çəkinərlər, zəkatı verər və iffəti hifz edərlər. Əhdlərinə vəfadar və vacib namazı mühafizə edərlər.

İmam Əli (ə) buyurur: "Möminlər - hadisələr və müsibətlər, fitnələr qarşısında səbirli və vəfadardırlar. Xoşagəlməz hadisələr qarşısında igiddirlər. Bəlada səbir, rifahda şükür edən, Allah ruzisinə qanedirlər. Düşmənlərə zülm etməz, dostlarına ağır yük deyildir. İnsanlar ondan rahatdırlar, özünü insanların rahatlığı üçün məşəqqətə salar".

(adsgarden = window.adsgarden || []).push({});