Kolumbiyada helikopterin qəzası nəticəsində 6 nəfər ölüb


Dünya 27 Okt 2019 23:04:00 294 0

Kolumbiyada helikopterin qəzası nəticəsində 6 nəfər ölüb

Alban bələdiyyəsində Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, Kolumbiya Hərbi Hava Qüvvələri düşmüş helikopterin tapıldığını təsdiqləyib. Hərbi vertolyotun optimal vəziyyətdə olduğunu və prezidentin daşınması üçün bir neçə dəfə istifadə edildiyini, həmçinin 2017-ci ildə Roma Papası Fransiskin səfəri zamanı bu vertolyotdan istifadə etdiyini bildirilir.

"Kolumbiya Hərbi Hava Qüvvələri 6 helikopter ekipaj üzvünün həlak olmasından dərin təəssüf hissi keçirir", Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir.

Qeyd edək ki, "Bell 412" helikopteri cümə axşamı Kundinamarka bölgəsindəki Palankero aviabazasından uçduqdan sonra radarlardan itib. İlkin məlumatlara görə, 6 nəfər hərbçi həyatını itirib.