Cənabətli şəxsin təri təmizdir ya murdardır?


Digərləri 27 Okt 2019 22:15:00 305 0

Cənabətli şəxsin təri təmizdir ya murdardır?

Keçmiş alimlərin bəziləri bəzi hallarda cənabətli şəxsin tərinin murdar olmasına fətva vermişdilər. Bu, haram yolla cənabətli olanlara aid idi; məsələn, istimna etmiş (əli ilə özündən sperma çıxarmış) şəxs, ramazan ayında gündüz vaxtı öz həyat yoldaşı ilə cinsi əlaqədə olmuş şəxs və s.

Son.az islam.az-a istinadən bildirir ki, bu adamların tərinə bulaşmış paltarı yumaq lazım idi. Bəzi alimlər isə bu tərin murdar olmadığına, amma tərli bədənlə namaz qılmağın düzgün olmadığına fətva vermişdilər. Hətta onlar isti su ilə qüsl almağı da icazəli bilmirdilər ki, qüsl zamanı insan tərləyə bilər. Qeyd edirik ki, həmin keçmiş müctəhidlər halal yolla cənabətli olmuş şəxslərin tərini təmiz bilirdilər və yuxarıda deyilənlər haram yolla boynuna cənabət gələn adamlara aid idi. Müasir müctəhidlərin demək olar ki, hamısı istisnasız olaraq bütün hallarda cənabətli şəxsin tərinin təmiz olduğuna fətva vermişlər; istər halal yolla, istərsə də haram yolla boynuna cənabət gəlmiş olsun.

(adsgarden = window.adsgarden || []).push({});