İmam Hüseynin libasını bu məlun qarət etmişdi


Digərləri 27 Okt 2019 21:45:00 310 0

İmam Hüseynin libasını bu məlun qarət etmişdi

Əbhər o məlun insanlardan idi ki, Ömər ibni Sədin ordusunda vuruşdu. Aşura günü düşmən ordusu İmam Hüseyni (ə) mühasirəyə alır. İmam Həsənin (ə) həddi-buluğa çatmayan oğlu Abdullah əmisinin səsini eşidib, xeymədən çıxır və əmisinə tərəf qaçır.

Bu zaman Əbhər qılıncı ilə İmam Hüseynə (ə) zərbə endirirdi. Ancaq Abdullah o kiçik qolunu bu qılıncın qarşısına verir ki, hücumun qarşısını ala bilsin. Məlun düşmənin qılıncı bu uşağın nazik qolunu qət edir və dərisindən qopardır.

Bəzi mənbələrə görə İmam Hüseynin (ə) paltaraını da məhz Əbhər oğurlamışdır. İmam (ə) Aşura günü öz paltarını cırır ki, heç kəs ona tamah salmasın. Ancaq Əbhər ibni Kəəb yenə də Həzrətin (ə) paltarını qarət etmişdi.

Nəql edirlər ki, Kərbəla hadisəsindən sonra Əbhərin hər iki əli xəstəliyə düçar olur. Belə ki, qışda ondan çirk tökülürdü, yayda isə taxta kimi quru olurdu. Ayaqları isə iflic olmuşdu.

(adsgarden = window.adsgarden || []).push({});