Qəflətdə olmaq nədir? Məsumların mübarək izahı


Digərləri 27 Okt 2019 21:40:00 259 0

Qəflətdə olmaq nədir? Məsumların mübarək izahı

İmam Əli (ə) buyurur: "Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır".

İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim öz düşmənindən qafil olar, fitnələri özünə dəyər".

İmam Sadiq (ə) buyurur: "Ölümü yada salmaq - nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər".

İmam Əli (ə) buyurur: "Möminin sükütü təfəkkür, münafiqin sükutu qəflətdir".

İmam Əli (ə) buyurur: "Bilin ki, arzu, ağlı qəflətə salar və Allahı yada salmağı unutdurar".

İmam Əli (ə) başqa yerdə buyurur: "Ey insanlar! Allahdan qorxun! Çünki heç kəs əbəs yerə xəlq olmamışdır ki, (ömrünü) əyləncə və qəflətlə keçirtsin".

(adsgarden = window.adsgarden || []).push({});