Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi dəniz təlimlərində iştirak edəcək


Digərləri 27 Okt 2019 21:05:00 262 0

Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi dəniz təlimlərində iştirak edəcək

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək ən böyük beynəlxalq hərbi dəniz təlimlərində iştirak edəcək.

Son.az seanews.az-a istinadən bildirir ki, bu barədə krallığın Müdаfiə Nаzirliyi bildirib.

"Səudiyyə Ərəbistanı krallığının Hərbi Dəniz Qüvvələri dünyada ən böyük hərbi dəniz təlimlərində iştirak edəcək. Bu, ABŞ-ın silahlı qüvvələrinin mərkəzi komandanlığı ilə təşkil edilmiş beynəlxalq təlimlərdir", - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, oktyabrın 25-dən noyabrın 15-dək davam edəcək təlimlər Fars, Oman körfəzlərində, Aralıq dənizində, Cibuti sahilləri yaxınlığında keçiriləcək. Təlimlərdə ümumilikdə 56 ölkə və 6 beynəlxalq təşkilat iştirak edəcək.

(adsgarden = window.adsgarden || []).push({});