Tesla şirkəti bu ilin üçüncü rübünü təmiz gəlir ilə bitirib


Digərləri 27 Okt 2019 20:35:00 323 0

Tesla şirkəti bu ilin üçüncü rübünü təmiz gəlir ilə bitirib

Tesla şirkəti 2019-cu ilin üçüncü rübünü 143 milyon dollar dəyərində olan təmiz gəlir ilə yekunlaşdırıb. Bir çox analitiklər gözləyirdilər ki, şirkət rübü vəsait itkiləri ilə bitirəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Üçüncü rübdə şirkətin gəliri 6.3 milyard dollar təşkil edib. Keçən ilin üçüncü rübündə isə şirkət 6.8 milyard dollar əldə etmişdi.

Son.az technote.az-a istinadən bildirir ki, şirkətin gəliri 2012-ci ildən başlayaraq ildən-ilə aşağı düşməyə başlayıb. Sonuncu dəfə şirkət rüb gəlirini 2018-ci ilin dördüncü rübündə əldə etmişdi. Həmin vaxtda bu göstərici 139 milyon dollar idi. 2019-cu ilin ilk 3 ayı ərzində şirkətin vəsait itkiləri 702 milyon dollar təşkil etdi. İkinci rübdə isə bu göstərici 408 milyon dollara düşdü.

Şirkət bu ilin üçüncü rübündə gəlirin əldə olunmasını əməliyyat xərclərinin azaldılması ilə əlaqələndirib. Belə ki, şirkətin əməliyyatlar üzrə xərcləri Model 3 elektromobilinin istehsalat startı vaxtından ən aşağı səviyyədədir. Bu il isə şirkət əsasən müəyyən sayda işçilərini ixtisara salıb və xərclər üzrə ciddi nəzarəti təmin edib. Maliyyə nəticələrinin təqdim olunması zamanı şirkət bir sıra yeni məlumatlar da verib. Həmin məlumatlar aşağıdakı kimidir:

- Şirkətin hesabında olan pul qalıqları və pul ekvivalentləri 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 80% yüksəlib. Azad pul axını isə 371 milyon dollar təşkil edir.

- Üçüncü rüb elektromobil istehsalı ilə onların alıcılara çatdırılması üzrə rekord göstəricilər sərgiləyib. Belə ki, şirkət 96.000 elektromobil istehsal edib və 97.000 elektromobili alıcılara çatdırıb.

- Şanxayda inşa edilən Gigafactory zavodu nəzərdə tutulmuş qrafikdən öndədir. Həmin zavodda artıq elektromobillərin test yığımına start verilib.

- Model Y adlı krossover üzərində işlər də nəzərdə tutulduğundan daha sürətli gedir. Bu elektromobilin irimiqyaslı istehsal startı 2020-ci ilin payız fəsli üçün planlaşdırılırdı. Lakin istehsalata yay fəslində start veriləcək.

(adsgarden = window.adsgarden || []).push({});