Yaponiyada tayfundan sonra 4,5 min insan evinə qayıda bilmir


Dünya 27 Okt 2019 20:17:00 312 0

Yaponiyada tayfundan sonra 4,5 min insan evinə qayıda bilmir

Yaponiyada baş verən güclü "Hagibis" qasırğasından iki həftə sonra 4500 nəfər təxliyə mərkəzlərində qalmağa davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin saytında deyilir.

Bildirilir ki, ölkənin 21 prefekturasında 77 mindən çox yaşayış binası qismən zədələnib və ya tamamilə məhv olub. Ən ağır zərər Fukusima, İbaraki və İvate prefekturalarında qeydə alınıb. 5 minə yaxın evə hələ də su təchizatı bərpa edilməyib.