Əziz Peyğəmbərimizin gözəl əxlaqından bəzi nümunələr


Digərləri 27 Okt 2019 20:20:00 245 0

Əziz Peyğəmbərimizin gözəl əxlaqından bəzi nümunələr

Əziz Peyğəmbərimizin (s) gözəl əxlaqından bəzi nümunələr

Həzrət Peyğəmbərin (s) gözəl əxlaqlarının siyahısını tutublar ki, onlardan bəzilərinə işarə edək. (Həvzəh)

1. Ayaqqabısını özü yamayardı.

2. Paltarına yamaq vurardı.

3. Qoyunu özü sağardı.

4. Qullarla birlikdə yemək yeyərdi.

5. Torpağın üstündə əyləşərdi.

6. Həyası mane olardı ki, ehtiyacı olan şeyləri bazardan alsın.

7. Minik kimi uzunqulaqdan istifadə edərdi.

8. Zənginlər və yoxsullara əl verərdi və əlini o zamana qədər çəkməzdi ki, qarşı tərəf çəkərdi.

9. İstər kiçik olsun, istərsə də böyük - hamıya salam verərdi.

10. Bir şey təqdim etsə idilər, onu aşağı bilməzdi - baxmayaraq ki, bir ədəd xurma olsa belə.

11. Kərim və xoş ünsiyyətli idi.

12. Qəhqəhə etməz, sadəcə təbəssüm edərdi.

13. Üzünü turşutmasa da, həmişə gözə qəmgin görünərdi.

14. Özündən zillət göstərmədən, davamlı olaraq təvazökar olardı.

15. İsraf etmədən səxavətli olardı.

16. Qəlbi çox nazik idi və mehriban idi.

17. Heç bir zaman bir şeyə tamah əlini uzatmazdı.

18. Evdən bayıra çıxmazdan əvvəl özünə aynada baxardı, saçlarını darayardı.

(adsgarden = window.adsgarden || []).push({});