Alimlərdən Vayfayla bağlı yeni kəşf


Digərləri 27 Okt 2019 20:05:00 254 0

Alimlərdən Vayfayla bağlı yeni kəşf

ABŞ-ın Briqam Yanq Universitetinin alimləri Vayfay çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı "Mesh" sistemlərinin alternativini kəşf ediblər.

Son.az axar.az-a istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir.

"On-Off Noise Pover Communication" (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 bit tutumlu informasiyanın ötürülməsini nəzərdə tutur.

Beləliklə, marşrutlayıcı qurğunun Vayfaydan istifadə etməsini "başa düşəcək" və siqnalı gücləndirilmiş rejimdə yaymaqda davam edəcək.

Bir sıra eksperimentlər aparan mütəxəssislər standart Vayfay marşrutlayıcısının əhatə dairəsini 67 metr artırmağa nail olublar. Təklif edilən üsul mövcud simsiz protokol üzərindən istifadə oluna bilər. Onu proqram təminatını yeniləməklə istənilən marşrutlayıcıya quraşdırmaq mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});