Çox ağıllı olmağına baxmayaraq varlı olmamağın səbəbi nədir?


Digərləri 27 Okt 2019 19:50:00 487 0

Çox ağıllı olmağına baxmayaraq varlı olmamağın səbəbi nədir?

Uşağın gələcək uğuru onun fitri zəkasından asılı olduğunu düşünürsünüzsə, yanılmış ola bilərsiniz. Aparılan yeni araşdırma nəticəsində şəxsin müvəffəqiyyətinin, onun IQ-dən daha çox böyük təsirə sahib olduğunu göstərir.

Bir çox ictimai rəy sorğularında insanların gəlirləri ilə zəka səviyyəsi arasında 25-50 faiz arasında əlaqə olduğunu göstərir; lakin məlumatlar göstərir ki, bu ikisi arasındakı əlaqə təxminən 1 və ya 2 faizdir.Bəs IQ müvəffəqiyyət üçün kiçik bir amildirsə, az maaşlı işçiləri yüksək maaşlı işçilərdən fərqləndirən nədir? Yoxsa aydın bir sual verək: Əgər bu qədər ağıllısansa, niyə varlı deyilsən?

Son.az techland.az-a istinadən bildirir ki, elmin bu suala dəqiq cavabı yoxdur; ancaq şansın əlbəttə ki, sərvətinizdə mühüm rol oynaya biləcəyini söyləmək olar. İqtisadçı Ceyms Hekmanın fikrincə, şəxsiyyət başqa amildir. Heckman, səliqəli, vicdanlı, səbirli və intizamlı insanlar maddi uğurları daha asan əldə edə biləcəklərini söyləyir.

Buna nail olmaq üçün Heckman və komandası dörd fərqli məlumat dəstini, o cümlədən Böyük Britaniyada, ABŞ-da və Hollandiyada minlərlə insanın İQ balları, test nəticələri, qiymətləri və şəxsiyyət qiymətləndirmələrini araşdırdı. Bundan əlavə, insanların cinayət qeydlərini, bədən kütləsi indeksini və həyat məmnunluğunu araşdıran tədqiqatçılar, akademik nailiyyətlərin İQ səviyyəsinə uyğun olmadığını müəyyən etdilər.

(adsgarden = window.adsgarden || []).push({});